Yuxarı

Ləğv edilən 4 dairədə seçki nə vaxt keçiriləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası bütün dünyada, eləcə də Azərbaycanda bir çox əhəmiyyətli tədbirlərin təxirə salınmasına səbəb olub. Bu mənada ən çox diqqət çəkən məsələ fevral ayında Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən nəticələri ləğv edilmiş 4 dairədə (33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələri) təkrar seçkilərin keçirilməsidir. Maraqlıdır, təkrar seçkilər nə zaman keçiriləcək və səsvermə prosesində hansısa dəyişikliklərə ehtiyac olacaqmı?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, qanunvericilikdə baş tutmamış və nəticəsi ləğv edilmiş seçki dairələrində təkrar seçkilərin keçirilməsi ilə bağlı konkret vaxt müəyyənləşdirilməyib.

“Seçki Məcəlləsinin məntiqinə görə, bu seçki Milli Məclis fəaliyyətə başlayandan sonrakı dövrdə həyata keçirilməlidir. Hazırda ölkədə xüsusi karantin rejimidir və bütün bu tədbirlər təxirə salınıb. Bu baxımdan indiki halda seçkilərin keçirilməsi qeyri-mümkündür. Pandemiya bitdikdən və müvafiq şərait yaradıldıqdan sonra seçkilərin keçirilməsi mümkün olacaq. Bütün seçki administrasiyası formalaşdırılandan sonra artıq seçkilərin təyinatı ilə bağlı danışmaq olar”, - Ə.Nuriyev deyib.

Hüquqşünas onu da qeyd edib ki, karantin bitdikdən dərhal sonra təkrar seçkilərin keçirilməsi doğru addım olmaz:

“Epidemiya bitdikdən sonra gözləmək lazımdır ki, hər hansı sosial izolyasiya tədbirlərinə ehtiyac qalmasın. Hesab etmirəm ki, hansısa məhdudlaşdırıcı tədbirlər qaldığı bir vaxtda seçki keçirilməsi normaldır. Həm də bu, mümkün deyil. Ölkə başçısının da qeyd etdiyi kimi, insanların sağlamlığı və səhhəti hər şeydən önəmlidir. Bütün dünyada epidemiya ilə əlaqədar seçkilər təxirə salınıb. Yalnız Qarabağdakı separatçı rejim qondarma seçki keçirdi. Bunun da dünyada necə qəbul olunduğunun şahidi olduq. Bu, insanların psixologiyasının yerində olmaması barədə təəssürat yaratdı. Onlar üçün insanların sağlamlığı əsas deyil. Bu səbəbdən postpandemiya dövrü tam başa çatmadan və insanların sosial psixoloji vəziyyəti əvvəlki vəziyyətə qayıtmadan hər hansı seçkinin keçirilməsi bütövlükdə seçici iradəsinə hörmətsizlik olardı. Pandemiya nəticələri aradan tamamilə qalxandan bir müddət sonra seçkilər keçirilə bilər. Yəni karantin rejiminin ləğv edilməsi dərhal seçkilərin təyin edilməsinə gətirib çıxara bilməz”.

Tarix
2020.05.04 / 14:57
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla