Çindən İsrailə: Dərhal hücumları dayandır!
00:57
Ana səhifə Toplum |
COVİD-19 pandemiyası ilə əlaqədar karantin dövründə sosial təcrid şəraitində yaşayan aztəminatlı və çoxuşaqlı ailələrə, ahıl insanlara dəfələrlə yardım edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi bu dəfə Telavi rayonunun Qaracalar kəndində yaşayan 100 azərbaycanlı ailəsinə ərzaq bağlamaları paylayıb.
Axar.az xəbər verir ki, GAİM rəhbərliyi Telavi rayonunun meri Şota Nareklişviliyə məktub ünvanlayaraq, humanitar aksiya barədə məlumat verib. Ərzaq dəstəyi kənd məscidi vasitəsilə həyata keçirilib.
Məscidin rəhbəri Veysəl Orucov Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) təşəkkürunu bildirib.
Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.
Tarix
2020.05.04 / 22:42
|
Müəllif
Axar.az
|