Yuxarı

Prezident tapşırıq verib, məsələ araşdırılır - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildən dərinləşən islahatlar hüquq-məhkəmə sistemini də əhatə etdi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra insanların öz haqlarını müdafiə etməsi üçün məhkəmə son instansiyadır. Yeni təyin olunan hakimlərin bir çoxları ilə tanışam, bəziləri ilə birlikdə oxumuşuq. Bu məsələ hesab edirəm ki, məhkəmə sisteminin inkişafında öz rolunu oynayacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Ali Məhkəməyə hakimlərinin təyin edilməsi haqqında məsələ ətrafında danışarkən deyib.

Siyavuş Novruzovun sözlərinə görə, hakimlərin sayı yenə də artırılmalıdır:

“Ölkədə boşananlar evlənənlərin 30 faizini təşkil edir. Bir hakim bir gündə 10 boşanma işinə baxır. Digər tərəfdən mülkiyyət hüququ məsələsində də problemlər var. İndi məlum olur ki, bəzi icra başçıları rayonlarda insanların əmlakını əlindən alır. Artıq Prezident tapşırıq verib və bu məsələ araşdırılır. Amma zamanında bu məsələlər məhkəmələrdə həllini tapsaydı, Prezidentə qədər gəlib çıxmazdı. Ona görə də hesab edirəm ki, bu məsələlərdə ədalətli qərarın əhəmiyyəti çox böyükdür”.

Millət vəkili Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarına da toxunub:

“Kim yazır ki, filan partiyanın üzvüyəm, Avropa Məhkəməsi ağına bozuna baxmadan onunla bağlı Azərbaycan əleyhinə qərar verir. Amma Azərbaycanın hüquqlarını pozan Ermənistanla bağlı heç bir qərar qəbul olunmur. Azərbaycandan bir nəfər yazanda ki, Əli Kərimlinin qohumuyam, heç qələmin mürəkkəbi qurumamış Avropa Məhkəməsi qərar qəbul edir. Amma məhkəmə qərarları normal olsa, onların da deməyə sözü olmaz”.

Tarix
2020.05.05 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla