Yuxarı

Ağstafada itkin düşən ana və qızı tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:33

İtkin düşən Ağstafa rayon sakinləri axtarılır.

Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedib və bir daha geri qayıtmayıb:

"Aişə Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var.

Evdən çıxan zaman onun əyinində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub.

Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

***

İtkin düşən Ağstafa rayon sakinləri tapılıb.

Report-un məlumatına görə, Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və onun qızı 4 yaşlı Nurayın Gəncə şəhərində olduqları məlum olub.

Qeyd edək ki, onlar aprelin 25-də evdən Tovuz rayonuna getmək adı ilə çıxıb və geri qayıtmayıblar.

Tarix
2020.05.05 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla