Yuxarı

2,3 milyon şəxsə ödəniş edildi - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin 4 ayı ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Nazir sosial ödənişlərin davamlılığının təmin edildiyini bildirib:

“Ötən il görülmüş tədbirlər nəticəsində DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat bu sahədə əhəmiyyətli dəstək oldu. Aprel ayında da 2,3 milyon şəxsə sosial ödənişlər (o cümlədən 1 milyon 270 min nəfərə pensiya, 418 min nəfərə müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım) verildi. Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz və ya 103 milyon manat çox olmaqla 480 milyon manatdan artıq vəsait ödənişi həyata keçirildi. Həmçinin son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 154 min nəfər çox insanı, 2,3 milyon vətəndaşı əhatə etdi”.

Tarix
2020.05.06 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla