Yuxarı

Onlara fürsət verək: yığdıqlarını xalqa xərcləsinlər - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:48

Bir məsələni vurğulamaq istəyirəm: bir insan zorən, məcburən rüşvət verərək vəzifəyə gedibsə, onun həbsinin tərəfdarı deyiləm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev Musavat.com-un canlı yayımında bildirib. Deputat qeyd edib ki, maliyyə amnistiyası olmalıdır:

“Yeni siyasi düzən yaranır və bu siyasi düzən qərarı 2018-ci ildə verilib. Bu şəxslər keçmişini unutmalı və qabağa baxmalıdır. Bu gün keçmişini unutmaq istəməyənlər cəzalandırılır və cəzalandırılmalıdır. Bu şəxslər milyonları, milyardları oğurlayıbsa və yüzminlər onlara görə kasıb yaşayırsa, onların cəzası həbs olmalıdır. Ancaq bütün hallarda hamısının həbsi doğru saymıram. Cəza o vaxt olmalıdır ki, onlar haqq yoluna qayıtmaq istəmirlər. Əksinə, qoy onların qazandığı pul bundan sonra xalqa xidmət etsin. Bildiyim qədəri ilə maliyyə amnistiyası ilə bağlı qanun layihəsi hazırlanır. Düşünürəm ki, Milli Məclisə bu qanun layihəsi gələrsə, deputatlar bu qanunu dəstəkləyəcək. Maliyyə amnistiyası olsun, o insanlar könüllü olaraq öz varidatlarını xalqa xərcləsinlər: zavod açsınlar, fabrik tiksinlər, yaşadıqları, vəzifədə olduqları rayonlara, şəhərlərə sərmayə qoysunlar, insanları işlə təmin etsinlər. Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, qoy, ora pul köçürsünlər...”

Tarix
2020.05.06 / 14:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla