Yuxarı

Yoluxma artan istiqamət üzrə gedir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa qarşı həyata keçirilən bütün tədbirlər ölkə başçısı və I vitse-prezidentin nəzarətindədir.

Axar.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.

Z.Əliyev bildirib ki, görülən tədbirlər sayəsində pandemiyanı ölkəmizdə nəzarətə götürmək mümkün olub:

"Həm regionlarda, həm də paytaxtda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların həkimləri və TƏBİB-in əməkdaşlarının iştirakı ilə video-konfranslar keçirilir. Bundan başqa, müəyyən testlərin yoxlanılması üçün ayrılan məntəqələr qısa zamanda tam avtomatlaşdırılıb. Artıq elektron şəkildə bütün nümunələri incələmək mümkündür. Bununla da yayılmanın qarşısını daha tez almaq mümkün olur".

Z.Əliyev bu günə qədər qeydə alınan statistik rəqəmləri açıqlayıb:

"Ölkəmizdə ümumi yoluxma faktı 2127-dir, sağalanların sayı 1536 nəfərdir. Hazırda 563 aktiv xəstə var. Ümumi test sayı 170 minə çatıb. Son zamanlarda yoluxma artan istiqamət üzrə gedir".

Z.Əliyev əlavə edib ki, əvvəllər hər 10 nəfərdən 6-7 nəfəri qoruyucu ləvazimatlardan istifadə edirdisə, bu gün bu rəqəm ikiqat azalıb:

"Bu da yoluxmanın əhatəsini artıran faktordur. Vətəndaşlarımızı verilən tövsiyələrə daha ciddi riayət etməyə çağırırıq".

Tarix
2020.05.06 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla