Yuxarı

190 manata görə rədd cavabı alan şəxslər... - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə millət vəkili Vüqar Bayramovun birdəfəlik ödənişlərlə bağlı əsassız rədd cavabı alan şəxslərin yenidən ƏƏSMN-ə müraciət edərək, bu yardımdan yararlana biləcəyi ilə bağlı açıqlamasından sonra vətəndaşlar aidiyyəti dövlət qurumlarının bazasında olan yanlış məlumatlara düzəliş edilməsi üçün müraciət ediblər. Həmin vətəndaşlar bu prosesdən sonra yenidən birdəfəlik ödənişlər üçün ƏƏSMN-ə müraciət etsələr də, bu, müsbət nəticələnməyib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, artıq aprel ayı üçün 600 min şəxsə ödəniş edilməsi səbəbindən əsassız imtina cavabı alan şəxslər bu ödənişdən yararlana bilməyəcək:

“Birdəfəlik ödəmə ilə bağlı proqramın 1-ci hissəsi bitdi və 600 min şəxsə birdəfəlik ödəmələr həyata keçirildi. Həmin şəxslərə ikinci ayın ödənişi də bank vasitəsi ilə həyata keçiriləcək. Vətəndaşların hər birinə göndərilən mesajların arxasında digər dövlət orqanlarının elektron bazalarında onlar haqqında olan məlumatlar durur. Əgər hər hansı vətəndaşın ona göndərilən imtina cavabından narazılığı varsa, aidiyyəti qurumun informasiya sistemindən məlumat əldə edə və yaxud ərizə ilə Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilər. Artıq birdəfəlik ödəmələrlə bağlı müraciətlər bitib. Bu səbəbdən onlar 190 manat ödəmədən yararlana bilməcəyəcəklər. Lakin belə olanda vətəndaşa digər məşğulluq proqramları təklif oluna bilər. Məsələn, 250 manat müqabilində ictimai işlərə cəlb oluna bilərlər”.

Tarix
2020.05.06 / 18:42
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla