Yuxarı

Ər-Riyaddan İlham Əliyevin təşəbbüsünə - Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə sadiqdir.

Axar.az xəbər verir ki, bu sözləri Krallığın Xarici İşlər naziri Faysal bin Fərhan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündən sonra söyləyib. O əlavə edib ki, Səudiyyə Ərəbistanı pandemiyanın səhiyyə, iqtisadiyyat və sosial sahələrdə fəsadlarının aradan qaldırılması istiqamətində səylərini daha da gücləndirəcək. Nazirin sözlərinə görə, dinindən və irqindən asılı olmayaraq bütün xalqlar bu bəlaya qarşı qlobal mübarizəyə öz töhfələrini verməlidir.

Krallığın son aylarda sədrlik etdiyi G-20 qrupu çərçivəsində COVİD-19 pandemiyası və onun iqtisadi-sosial fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər keçirdiyini diqqətə çatdıran Faysal bin Farhan Al Saud qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışında da beynəlxalq maliyyə institutlarının və inkişaf etmiş dövlətlərin yoxsul ölkələrin maliyyə borclarının ertələnməsi, Paris Klubunun təsdiq etdiyi birgə sənəd əsasında dərin qlobal iqtisadi böhranın qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. O, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin sərəncamı ilə qlobal pandemiya ilə mübarizəyə 5 milyon dollar həcmində vəsait ayrıldığını qeyd edib. Bundan başqa, Krallıq Ümumdünya Səhiyyə Təşkilatına da 10 milyon dollar ayırıb.

Tarix
2020.05.06 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla