Yuxarı

İki kanalın yayımı dayandırılır: Başqa cəza yoxdur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qanunun tələbini yerinə yetiririk. Qanundan kənar hər hansısa bir televiziya kanalının məlum qayda pozuntusuna görə əlavə cəza təyin edə bilmərik.

Bu sözləri Axar.az-a Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov efirə verdikləri fimlərdə tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə ATV və “Lider” kanallarının yaymının 1 saatlıq dayandırılması ilə bağlı danışarkən deyib. T.Dadaşov bildirib ki, konkret hallara görə İnzibati Xətalar Məcəlləsində görüləcək tədbirlər müəyyənləşdirilib:

“İnzibati Xətalar Məcəlləsində bu pozuntuya görə konkret cəza təyin edilib. “Televiziya və radio haqqında” Qanunda konkret tədbirlər müəyyənləşdirilib. Biz bunlar əsasında tədbir görürük. Milli Televiziya və Radio Şurası qanunlar çərçivəsində addım atır və bundan sonra da belə olacaq. MTRŞ özündən cəza müəyyənləşdirmir. Qanunda göstərilmiş konkret tələblərə uyğun olaraq addım atılıb”.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının keçirdiyi ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə əsasən ATV televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində, “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq hər iki kanala ayrı-ayrı vaxtlarda 1 saatlıq müddətədək dayandırılması haqqında qərar qəbul edib.

Mütəxəssislər isə yayımın dayandırılmasını ağır cəza kimi qiymətləndirir və daha fərqli sanksiyaların tətbiqinin məqsədəuyğun olduğunu bildirir.

Tarix
2020.05.07 / 12:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla