İnsultdan qaçmağın ən asan və sadə yolu
02:00
Ana səhifə Toplum |
12:30
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirib.
Axar.az xəbər verir ki, əməliyyat zamanı Vilyam Hacıyevin rayon İcra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, DTX saxlanılan icra başçısının rüşvət yolu ilə topladığı və xüsusi qablaşdırdığı pulların görüntüsünü də yayıb.
Tarix
2020.05.07 / 21:43
|
Müəllif
Axar.az
|