Yuxarı

Abituriyentlərin nəzərinə: Sənəd qəbulu... - DİM sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu 12 may – 5 iyun tarixlərində aparılacaq. Qəbul onlayn qaydada olacaq.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, qəbul imtahanlarının iyulun 3-cü yarısında keçirilməsi nəzərdə tutulur:

“Müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq. Yəni əvvəlki qaydalar saxlanacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər. Yalnız qabiliyyət imtahanındakı nailiyyət qazanılması şərtilə.

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.

Tarix
2020.05.07 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla