Yuxarı

Bu insanlarla fəxr edirik - İlham Əliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz fəxr edirik ki, respublikamız öz oğul və qızlarının həyatı bahasına, müəssisələrimizin gecə-gündüz işləməsi hesabına bu Qələbəyə mühüm töhfə verib. Bilirsiniz ki, Azərbaycanda sənaye həmişə yüksək səviyyədə inkişaf edib və bizim müəssisələrdə Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri fasiləsiz rejimdə istehsal edilirdi.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib.

Azərbaycanın müharibə vaxtı ən mühüm yanacaq təchizatçısı olduğunu xatırladan dövlət başçısı deyib: “O vaxt hələ Sibirdəki yataqlar kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi”.

Prezident qeyd edib ki, biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər.

Tarix
2020.05.07 / 20:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla