Yuxarı

Bu, onu göstərir ki, biz öz sözümüzə sadiqik - Prezident

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu Zirvə görüşünü həqiqətən tarixi görüş adlandırmaq olar. Çünki əvvələn, o, yeni formatda, videokonfrans formatında keçirilirdi. İkincisi, Qoşulmama Hərəkatının Zirvə görüşləri bir qayda olaraq müəyyən dövriliklə keçirilir. Əgər bundan əvvəlki Zirvə görüşü keçən ilin oktyabrında Bakıda keçirilmişdisə, növbəti görüş 2022-ci ildə bizdən sonra sədrlik edəcək ölkədə keçirilməli idi. Buna görə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu təşəbbüsü təbii ki, vaxtında irəli sürülmüşdüç.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmanın Qoşulmama Hərəkatının Zirvə görüşünün əhəmiyyəti barədə sualını cavablandırarkən səsləndirib.

Keçən ilin oktyabr ayında Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi öz üzərinə götürdüyünü dıqqətə çatdıran dövlət başçısı qeyd edib ki, biz öz sədrliyimizi heç də formal sədrlik hesab etmirik, biz səmərəli sədr olmaq istəyirik.

“Zirvə görüşünün baş tutması onu göstərir ki, əvvələn, biz öz sözümüzə sadiqik, ikincisi, bu Zirvə görüşünün keçirilməsinə böyük ehtiyac var idi. Buna görə də çıxış edənlərin əksəriyyəti Azərbaycanın bu təşəbbüsünün vaxtında irəli sürüldüyünü və vacibliyini qeyd etdilər. Həmçinin deməliyəm ki, aparıcı beynəlxalq təşkilatların rəhbərləri – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Avropa Komissiyasının vitse-prezidenti Zirvə görüşünün iştirakçılarını salamladılar. Bu məqamı xüsusi vurğulamalıyam. Mən Avropa Komissiyasının və Qoşulmama Hərəkatının hansısa vahid formatda iştirak etdiyi ikinci belə hadisəni xatırlamıram. İndiki halda bu cür birgə tədbir ona görə mümkün oldu ki, Azərbaycan Avropa İttifaqı ilə çox fəal əlaqə saxlayır, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazanıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Tarix
2020.05.07 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla