Yuxarı

Ölümdən qurtulan azərbaycanlı dənizçi danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.05.07 - 23:31

Aprelin 8-də Malta sahilində "Bellatrix Shipping" şirkətinə məxsus yanan "Bellatrix" gəmisinin 4 azərbaycanlı dənizçisi dövlətimizin qayğısı nəticəsində vətənə gətiriliblər. Yanğın baş verərkən gəmidə 12 nəfər heyət üzvü olub. Onların da 4-ü Azərbaycan vətəndaşıdır.

Kapitanın baş köməkçisi Əzizli Cahangir, baş mexanik Məcidəli Kərimov, motorçular Kamil Bədəlov və Tələt Cəbrayılov artıq ölkəmizin himayəsi altındadırlar.

Axar.az xəbər verir ki, baş vermiş hadisənin təfərrüatı haqda Məcidəli Kərimov Publika.az-a danışıb.

- 44 ildir, dənizçiyəm. Bu müddətin 34 ilini Azərbaycan gəmiçiliyinə həsr etmişəm. 57 yaşımda təqaüdə çıxıb, Türkiyəyə köçdüm. Elə o vaxtdan Türkiyənin "Bellatrix Shipping" şirkətinin müxtəlif gəmilərində çalışmağa başladım. Son 3 ildir ki, həmin şirkətin "Bellatrix" gəmisində baş mexanik işləyirəm.

- Bədbəxt hadisə həmin gəmidə baş verdi?

- Bəli, aprelin 8-də gecə saat 03:15 radələrində yükü Liviya sahilinə təhvil verəndən sonra geri qayıdırdıq. İtaliya, Malta sahillərinə çatanda, gəmidə yanğın başladı. Söndürməyə çalışdıqca külək sürətlənib, bizə mane olurdu. Türkiyənin digər şirkətinin gəmiləri yardıma gəldilər. Yanğını söndürmək mümkün olmasa da hamımızı gəmidən çıxardılar.

- Neçə nəfər idiniz?

-12 nəfər. 4 azərbaycanlı, 1 türk, 3 hindli, 3 ukraynalı, 1 rus. Hamımızı xilas edib öz gəmilərinə aldılar. Fiziki zərər görməsək də, bütün əşyalarımız, sənədlərimiz, telefonlarımız yanıb kül oldu. Çünki başımız canımıza qarışmışdı. Gəmi bizi İtaliyaya gətirdi. Amma İtaliya hökuməti qəbul etmədi. "Bellatrix" gəmisi çox ciddi zərər görmüşdü. Külə dönmüş gəmini də bizi xilas edən şirkətin gəmisinə bağlayıb, Türkiyəyə doğru üzdük. 12 apreldə İzmir sahilinə yaxınlaşdıq. Şirkətimiz Türkiyəyə məxsus olsa da, Boliviya üçün çalışırdı. Həm də virus qorxusundan bizi otellərə yerləşdirməyə qorxdular.

- Sizi həkim nəzarətindən keçirtdilər?

- Bəli, hətta bir nəfər digər gəmiyə keçəndə ayaq barmağı ciddi zədə almışdı. Onun yarasını da sağaltdılar.

- Azərbaycanlı idi?

-Xeyr, hindli idi.

- Bəs ayağınız torpağa nə vaxt dəydi?

- 2 may tarixində Qızıl Aypara Cəmiyyəti bizi İzmirdə bir otelə yerləşdirdi. Konsulluğumuzla əlaqə saxladıq. Daha sonra ölkəmizə xəbər verdik. Dövlətimizin rəhbərliyinə, Mehriban xanıma, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımızı bildiririk. Öncə polis maşınları bizi İzmirdən İstanbula apardı. Oradan isə dövlətimizin təmin etdiyi biletlərlə Bakıya uçduq. Hazırda karantinə alaraq Olimpiya şəhərciyinə yerləşdirirlər.

- Məcidəli bəy, əslən haralısınız?

- Lənkəranlıyam.

- Yəqin ailəniz sizdən nigarandır.

- Əsas da anam çox narahat idi. Səsimi eşidənə qədər ölüb-dirildi. Karantin bitər-bitməz, sənədlərimi düzəldib, ailəmin yanına gedəcəm.

Tarix
2020.05.08 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla