Yuxarı

Rektorun qızının döyülməsi faktı ilə bağlı protest verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorun qızının döyülməsi faktı ilə bağlı protest verildi

Bakı şəhər Prokurorluğu Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi faktı ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından protest verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna açıqlamasında bildirib ki, Bakı şəhər Prokurorluğu Xətai rayon Məhkəməsinin qeyd edilən qərarından apelyasiya protesti verib. Həmin protestə bu gün saat 17:00-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Faktla bağlı 14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib.

Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş- Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər.

Tarix
2015.03.17 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla