Yuxarı

Dollar kəskin ucuzlaşa bilər - Proqnoz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar kəskin ucuzlaşa bilər - Proqnoz

Dünya maliyyə sistemi ABŞ Federal Ehtiyyat Sisteminin (FES) martın 17-18-də keçiriləcək iclasın sabah açıqlanacaq yekununu gözləyir. İclasda ABŞ dollarının 2015-ci il üçün taleyi həll olunacaq.

Report-un verdiyi xəbərə görə, FES martın 18-də ABŞ-da uçot dərəcəsinin artırılması tarixini açıqlayacaq.

FES-in rəhbəri xanım Canet Yallen uzun zamandır faizləri artırmaq istəsə də,ABŞ-da inflyasiyanın hədəf ə - 2% səviyyəsinə cata bilməməsindən, yəni iqtisadiyyatın hələ zəif artım göstərdiyinə görə, bu qərarı qəbul etməyib. Lakin buna baxmayaraq ABŞ-da son bir ildə ayda 200 min yeni iş yeri açılır və bu çox müsbət tendensiyadır, nəticədə işsizlik 5,4%-ə düşüb.

Bütün bu göstəricilər fonunda FES-in uçot dərəcəsini iyun və ya sentyabrda keçiriləcək iclasdan sonra artıracağı dilemması hökm sürür. Sabahkı toplantıda da məhz buna aydınlığın gətiriləcəyi gözlənilir.

"JP Morgan Chase" bankının iqtisadi təhlilçilərinin sözlərinə görə, FES-in bu həftə inflyasiya proqnozunu azalma istiqamətində dəyişəcəyi ehtimal edilir. ÜDM-in zəif artım tempi, aşağı inflyasiya və dolların məzənnəsinin artması uçot dərəcəsinin artırılması fikrini yaxın gələcəkdə şübhə altına alır. Sabahkı iclasda uçot dərəcəsinin ilk artımdan sonra necə dəyişəcəyi də məlum olacaq. Belə ki, iyun və ya sentyabr ayında dərəcə artırıldıqdan sonra növbəti artım gələn il və ya iki il sonra olacaqsa, ABŞ dolları digər valyutalar qarşısında kəskin şəkildə ucuzlaşa bilər. Belə olan halda, avro/dollar məzənnəsi bu il ərzində 1,22 USD/EUR, mart ayında isə 1,10 USD/EUR səviyyəsinə çata bilər.

Tarix
2015.03.17 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla