Yuxarı

DTX nazirliyin mətbuat katibini saxlayıb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərdən birinin də nazirliyin mətbuat katibi İntiqam Hümbətov olması barədə məlumat ilk gündən yayılmışdı.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən nazirliyin mətbuat katibi İntiqam Hümbətov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Mən hazırda iş başındayam. Əməliyyat və saxlanılanlarla bağlı müvafiq orqanlar məlumat yayıb”.

Qeyd edək ki, mayın 8-də DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı bir neçə şəxs, o cümlədən nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb. Prezident İlham Əliyevin sərəncamı ilə hər iki şəxs vəzifədən azad edilib. Səbail Rayon Məhkəməsi bu iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

DTX az öncə onların törətdiyi cinayət əməlləri barədə təfərrüatı açıqlayıb.

Tarix
2020.05.12 / 18:48
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla