Yuxarı

Polkovnikdən Mənsimzadəyə sərt ittihamlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə yalan məlumatlar artıq ayaq açıb yeriyir. Mən həmişə demişəm, ordu rəhbərliyi haqqında yayılan bu cür məlumatlar ağ yalandır. Çünki təkcə keçən il Azərbaycanda 20 il qüsursuz xidmət edən hərbçilərə 1 250 mənzil paylanılıb.

Axar.az xəbər verir ki, bunu Qaynarinfo.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq zabitlərin və ümumiyyətlə hərbçilərin sosial problemlərini diqqət mərkəzində saxlayır. Ş.Ramaldanovun sözlərinə görə, bu, yalnız mənzil təminatı ilə bağlı deyil:

"Digər sosial məsələlər də bura aiddir. Əlbəttə, bu qanunları dövlət qəbul edir, ancaq Müdafiə Nazirliyi bir qurum kimi həmin sosial paketin həyata keçirilməsində iştirak edir. Yəni siyahı hazırlanır, Dövlət Komissiyasına göndərilir və komissiya həmin siyahıya əsasən qərarlar qəbul edir. Təbii ki, bu siyahı orada da yoxlanılır.

Kəlbəcərdə erməni zabitlərə ev paylanmasını bizim Müdafiə Nazirliyinin rəhbərliyinin vəziyyəti ilə müqayisə etmək düzgün deyil. Bəzi ehtiyatda olan zabitlər düzgün mövqe tutmurlar, hətta deyərdim ki, müharibə şəraitində olan Azərbaycanın Silahlı Qüvvələrinin rəhbərliyi haqqında yalan məlumatlar yayaraq onlara düşməncəsinə yanaşırlar. Cənab Prezident qanunsuz hərəkətlərlə bağlı daim məmurlara, icra başçılarına qarşı tədbirlər görür, bununla bağlı özünün qəti, barışmaz və prinsipial mövqeyini nümayiş etdirir. Prezidentin bu siyasətini həyata keçirmək üçün nəzarət sistemləri, Dövlət Təhlükəsizliyi Xidməti, Baş prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi, Respublika Hərbi Prokurorluğumuz var. Yəni bu qurumlar Müdafiə Nazirliyinə tabe olmayan qurumlardır. Bunlar cənab Prezidentə tabe olurlar və onun bu sahədəki siyasətini icra edirlər. Adam bəzən düşünür ki, bu qədər nəzarət mexanizmi var, bəs paylaşılan bu məlumatları həmin bəzi ehtiyatda olan zabitlərdən başqa bilən yoxdur? Müvafiq strukturlar şəhərin mərkəzində hansısa proseslərin getdiyini bilmir? Əgər bunlar qanun çərçivəsindədirsə, onda bu, böhtandır, əgər qanun çərçivəsində deyilsə, bayaq sadaladığım qurumların vəzifəsidir ki, bu məsələləri təhlil edib Prezidentə təkliflər versinlər.

Bu gün Azərbaycanda qanunun aliliyi təmin olunur. Əsgərdir, nazirdir, fərq etmir – hamı qanun qarşısında bərabərdir. Əgər qanun pozuntusu varsa, müvafiq orqanlar həmin qanun pozuntusunun qarşısını alırlar. Maraqlıdır ki, bu şəxslərdə məlumatlar var, ancaq geniş məlumat bazası olan mütəxəssislərdə yoxdur. Axı necə oldu ki, Azərbaycan Silahlı Qüvvələrində baş verən proseslər haqqında kimyaçı zabit məlumatlar əldə edir, onu hər yerdə yayır, əlində bayrağa çevirir, ancaq bizim Korrupsiyaya qarşı Mübarizə İdarəsi, DTX və digər qurumlar bu haqda heç nə bilmirlər? Bu, absurddur. Üstəlik, onların hamısı Bakıda yerləşir. Onda belə çıxır ki, bunların dediyi məlumatlar var, qanun çərçivəsində yoxlanılıb və bu hərəkətlər qanunazidd deyil. Əgər məsələlər qanun çərçivəsində həll olunubsa, mən Şair, ya sən Qəhrəman – sənin nə ixtiyarın var ki, məsələləri bu formada təqdim edəsən? Sizin hansısa şəxsi münasibətiniz ola bilər, hansısa məsələdə inciyə bilərsiniz, yaxud da ola bilər ki, sizdə olan məlumatları düzgün təhlil etmirsiniz. Ancaq sən etdiyin hərəkətlər rəhbər heyətin, nazir müavinlərinin, generalların tabeliyində xidmət edən şəxsi heyətə hörmətsizlikdir.

Çünki biz əmrə tabe insanlarıq və əmrə tabe olan insanların vəzifəsi ondan ibarətdir ki, öz sahəsində Prezidentin verdiyi taşırıqları yerinə yetirsin. Təbii ki, şəxsi heyəti idarə etmək də tapşırıqları yerinə yetirməkdir. Generallar haqqında belə məlumatlar paylaşılanda onun tabeliyində olan əsgərlər nə düşünərlər? Yumşaq formada desək, bu hərəkətlər nə ehtiyatda, nə xidmətdə olan zabitə layiq deyil. Mən zabitlərin belə hərəkətlərini qəbul eləmirəm”.

Ş.Ramaldanov paylaşılan yalan məlumatların sifariş xarakteri daşıdığını deyərək bunlara qarşı ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib:

"Biz müharibə vəziyyətindəyik, erməni mətbuatında hansısa general haqqında bir söz gedəndə biz onu tirajlayırıq, Ermənistan ordusu haqqında münasibətimizi bildiririk, analiz aparırıq. İndi yüksək rütbəli bəzi zabitlər çıxıb əllərində bayraq tutaraq başlayırlar rəhbər heyət haqqında düzgün olmayan fikirlər səsləndirməyə. Belə davranış dözülməzdir. Bu nəinki dözülməzdir, ümumiyyətlə bu söhbətlərə son qoymaq lazımdır. Ya həmin bu məsələləri qaldıranlara qarşı ciddi tədbir görülməlidir, ya da hanısa qərar qəbul olunmalıdır. Çünki hazırda çağırış müddətidir. Çağırışçıların valideynləri bu məlumatı oxuyanda ordu haqqında nə fikirləşərlər? Axı həmin şəxslər cənab Prezidentin, Ali Baş Komandanın etibar və vəzifəyə təyin etdiyi insanlardır. Buna dövlətçilik tərəfdən də yanaşmaq lazımdır, emosiyalara qapılmaq olmaz. Ola bilər ki, belə məlumatlar hansısa sifariş əsasında yayılır. Bu tip məlumatlar onlara ötürülür, onlar da verilən məlumatları sosial şəbəkələrdə yayırlar. Bu da zabit şərəfinə layiq olmayan hərəkətdir. Mən zabitlərin belə davranışını həmişə pisləyirəm. Bizim daim qapısı açıq olan orqanlarımız var, əgər səndə hansısa informasiya varsa, istər onlayn formada, istərsə də əyani formada həmin qurumlara təqdim edə bilərsən. Əgər qanunsuzluqlar varsa, verdiyin bilgilər əsasında həmin qurumlar tədbirlər görəcək. Yox, əgər qanunidirsə, onda sənin barəndə tədbir görüləcək”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Müdafiə Nazirliyində komissiya yaradılıb. O deyib ki, komissiya hərbçilərin evlə təmin məsələsinə obyektiv yanaşır: "Əgər evlər bu gün bu ərazidə verilirsə, digərinə başqa yerdə verilə bilməz. Əvvəllər elə olurdu ki, hərbçilər mənzili mərkəzdə də alırdılar. Ancaq hazırda dövlət tərəfindən ayrıla biləcək ərazi nədirsə, orada da evlər tikilir. O evlər müəyyən normalar əsasında da hərbçilərə verilir. Ona görə bu məsələdə də qərəzli yanaşma var. Deməli, mərkəzdə ev versəydilər, generalların, rəhbər heyətin – hamısının hərəkətləri qanuni olacaqdı, bu haqda heç nə paylaşılmayacaqdı. Ancaq mərkəzdə yox, kənar ərazidə ev verilib deyə, sosial şəbəkəyə çıxıb bu cür davranmalıyam. Bu, zabit şərəfinə, vətəndaşlıq mövqeyinə nə qədər uyğun hərəkətdir? İnsanlara layiq olduqları cavab vermək lazımdır ki, yerlərini bilsinlər. Çünki şəxsi ehtiyacı ödənmədikdə müharibə vəziyyətində olan, düşmənlə üzbəüz dayanan dövlət strukturlarını əsassız ittiham etmək olmaz. Hər bir vətəndaş mənsubiyyətindən asılı olmayaraq bu gün Silahlı Qüvvələr haqqında işlətdiyi hər sözə görə məsuliyyət daşımalıdır. Düşünürəm ki, o insanlar tərxis olunandan sonra Əsgər Andının bəndlərini bir daha oxumalıdırlar. Bəlkə, onda məsələyə başqa cür yanaşalar”.

Qeyd edək ki, ehtiyatda olan polkovnik, ixtisasca kimyaçı olan Qəhrəman Mənsimzadə Kəlbəcərdə erməni zabitlərinə ev verilməsi barədə məlumatı sosial şəbəkədəki hesabında paylaşıb. O, bu xəbərdən istifadə edib Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyini ittiham edib.

Tarix
2020.05.12 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla