Yuxarı

Bərbər və gözəllik salonlarına gedənlərə - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bərbər və gözəllik salonuna gedənlərə koronavirusdan qorunmaq üçün bəzi tövsiyələr verib.

Axar.az xəbər verir ki, tövsiyələrdə adıçəkilən yerlərə getmədən öncə qəbul saatı almağın vacibliyi vurğulanıb.

“Gedərkən mütləq maska taxılmalı, məkanda olan müddətdə ehtiyac olmadıqca maska çıxarılmamalı, maskanın doğru istifadə qaydalarına riayət edilməlidir. Məkana çatan kimi su və sabunla əllər yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə olunmalıdır.

Digər müştərilərlə insanlar arasında ən azı 3-4 addım məsafə saxlanılmalıdır. Səthlərə və ortaq istifadə ilə qoyulan qəzet, jurnal və s. əşyalara toxunulmamalı, toxunulsa da əllər su və sabunla yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə edilməlidir. Yemək-içmək üçün heç nə istənilməməlidir. Dəsmalların və ya istifadə olunan alətlərin birdəfəlik istifadə olunduğuna diqqət edilməlidir. Əşyalar daha öncə istifadə edilibsə, personala xəbərdarlıq edilməlidir.

Sizə hansı insanların xidmət etdiyini qeyd edin. Bununla sizin və ya xidmət personalının COVID-19 testinin pozitiv çıxacağı halda, təmaslarının aşkarlanması daha asan olacaq. Mümkün olduğu qədər kredit kartı və ya bank kartı ilə təmassız ödəniş edin”, TƏBİB-dən bildirilib.

Tarix
2020.05.12 / 18:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla