Yuxarı

AzTV-də müzakirə: Bu məmurlar nələr edir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziyasının (AzTV) "Çıxışa doğru" verilişində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri, eləcə də ictimai qınaq və vətəndaş fəallığı müzakirə edilib.

Axar.az-ın məlumatına görə, Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, bəzi məmurlar tutduqları vəzifəyə hörmət etməlidirlər:

"Problem ondadır ki, məmurlar öz vəzifələrinə hörmət etmirlər. Göründüyü kimi, cənab Prezident onları təyin edəndə tapşırıq və tövsiyələrini birmənalı şəkildə verir. Məmurlar, eləcə də millət vəkilləri vətəndaşları dinləməli, o problemlərin həlli ilə məşğul olmalıdırlar".

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, bəzən vətəndaşların hüquqlarını bilməməsi məmurlara daha rahat hərəkət etməyə imkan verir:

"Xüsusilə regionlarda vətəndaşlar öz hüquqlarını bilmirlər. Bu da həm də onunla bağlıdır ki, bölgələrdə əhalinin çox hissəsinin başı daha çox kənd təsərrüfatı işlərinə qarışıqdır, sosial şəbəkələrdən bir qədər uzaqdırlar və s. Ancaq biz problemin həlli yollarını axtarmalıyıq. Bəzən müraciətin, şikayətin təkrar olaraq şikayət olunan yerli quruma qaytarılması vətəndaşda məyusluq yaradır".

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, ictimai nəzarət üçün vətəndaşın informasiyaya çıxışı təmin olunmalıdır: "İcra hakimiyyətləri hesabatlarını saytlarında yerləşdirməlidir. Gəlin, baxaq görək, nə qədər icra hakimiyyəti strukturu bunu edir?!"

Ə.Nuriyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının yerli regional idarəetmə forması ilə əvəzlənməsi məsələsini də nəzərdən keçirmək olar:

"Bəlkə də yerli icra hakimiyyəti orqanlarını yerli regional idarəetmə formasına qaldırmalıyıq. Bəlkə də bələdiyyələrin səlahiyyətini artırmalıyıq. Antikorrupsiya mədəniyyətini inkişaf etdirməliyik".

Tarix
2020.05.12 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla