Yuxarı

Əcnəbilərin qeydiyyat forması dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əcnəbilərin qeydiyyat forması dəyişdirildi

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat forması dəyişdirilib.

Dövlət Miqrasiya Xidmətindən Axar.az-a verilən məlumata görə, "Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli Qanununa əsasən, Məcəllənin 21.2-ci maddəsində "informasiya ehtiyatı, poçt," sözləri "informasiya ehtiyatı," sözləri ilə əvəz edilib.

Belə ki, aprel ayının 1-dən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az saytına daxil olmaqla elektron qaydada və yaxud Xidmətin regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Tarix
2015.03.18 / 17:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla