Yuxarı

Bakı küçələrində təhlükə: zəhərlənə bilərsiniz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı küçələrində təhlükə: zəhərlənə bilərsiniz

Dezinfeksiya işləri ilə bağlı əvvəlcədə elan verilir və küçələrdə məhdudlaşdırıcı tədbirlər görülür. Əhali isə təəssüf ki, dezinfeksiya vasitələrinin onların sağlamlığı üçün ciddi təhlükə törətməsinə əhəmiyyət vermir. Buna görə də çarə odur ki, kimyəvi maddələrlə dezinfeksiya edilən küçələr əvvəlcədən bir neçə saatlıq bağlansın.

Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla koronavirusla əlaqədar küçələrdə aparılan dezinfeksiya işlərinin insan orqanizminə təsiri barədə danışarkən deyib. O, həmçinin bildirib ki, dezinfeksiya vasitələrinin insan orqanizminə vurduğu ziyanın qarşısını almaq mütləqdir:

“Dezinfeksiyaedici vasitələr insan orqanizmi üçün çox zərərlidir. Bu səbəbdən hər hansı bir yeri dezinfeksiya etməmişdən qabaq insanlara aydın şəkildə, ziyanları başa salınmaqla xəbərdarlıq edilməlidir. Küçələrin bağlanması isə daha məqsədəuyğundur. Çünki kimsə xəbərdarlığa etinasız yanaşa və yaxud məlumatsız ola bilər. Bu kimyəvi tərkib nəfəs yolları ilə orqanizmə daxil olur və toksiki təsir göstərir. Buna görə ən azı 6 saat - dezinfeksiyaedici kimyəvi maddələr buxarlanana qədər insanların həmin ərazidə hərəkəti qadağan olunmalıdır”.

Tarix
2020.05.16 / 08:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla