Yuxarı

Bu ailələrin pensiya təminatında yenilik gözlənilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən xəbərə görə, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir və bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.

Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir.

Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə ailə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, onun üçün nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya ailə başçısını itirməyə görə müavinəti) seçmək hüququ verilib.

Tarix
2020.05.18 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla