Yuxarı

I sinfə qəbulla bağlı açıqlama: Yaşı 8-dən çox olanlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:45

Bakıda I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu zamanı bəzi amillər nəzərə alınacaq.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu zamanı valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqlara üstünlük verilir.

Uşağın birinci sinfə qəbulu üçün məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.

***

Yaşı 8-dən yuxarı uşaqlar da I sinfə qəbul oluna bilər.

Təhsil Nazirliyindən bildirilib ki, yaşı 8-dən yuxarı uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 2014-cü il 29 may tarixli əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

2020-2021-ci dərs ili üçün yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra iyunun 1-dən etibarən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılan müvafiq komissiyaya müraciət etməlidir.

Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Tarix
2020.05.18 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla