Yuxarı

Bakıda karantin yumşaldıldı: Bakı meri açıqlama verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:07

Artıq iki aydır ki, pandemiya səbəbilə karantin şəraitində yaşayırıq.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Eldar Əzizov bildirib ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq dezinfeksiya işləri Azərbaycanda virus aşkarlanmamış başlayıb:

"Bakıda 11 min 700 bina var və bu binaların hər biri dezinfeksiya olunur. Eyni zamanda küçə və prospektlərdə güclü dezinfeksiya işləri aparılır".

Onun sözlərinə görə, təmizlik dezinfeksiyadan başlayır:

"Bakı mürəkkəb amillərdən formalaşıb və belə şəhəri təmiz saxlamaq çətindir. Lakin görülən işlər nəticəsində paytaxtımız təmizdir. Bu işlərdə hər gün 2000 nəfər iştirak edir".

Eldar Əzizov qeyd edib ki, qaydaların yumşaldılması karantini pozmaq anlamına gəlməməlidir:

"İki aydır təbliğat aparılır, lakin avtobuslarda sıxlıq davam edir. Biz başa düşməliyik ki, bəşər tarixində belə epidemiyalar hər zaman olub. Qaydalara riayət etmək vacib məsələdir. Əks halda biz yay aylarında epidemiyanın ikinci dalğası ilə üzləşəcəyik. İstirahət zamanı da sosial məsafəni qoruyub, maskalardan istifadə etməliyik".

Tarix
2020.05.18 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla