Yuxarı

Bakıda nömrəsiz maşın sürən avtoş saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakınının Binəqədi rayonunda dövlət qeydiyyat nişanı olmadan idarə olunan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.

İdarədən Axar.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini 1987-ci il təvəllüdlü Zahir Zalov dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə, Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə ona “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq hərəkətlərini davam etdirib.

Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq nəqliyyat vasitəsi saxlanılıb. Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

Sürücü barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməklə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Tarix
2020.05.18 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla