Yuxarı

Bakıda may ayında rekord istilər olacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda may ayında rekord istilər olacaq? - Açıqlama

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində 1929-cu ildən bəri ilk dəfə may ayında havanın temperaturu 38,8 dərəcəyə çatıb. Daha sonra isə temperatur 42.7 dərəcəyə qədər yüksəlib. Bu isə may ayında havanın temperaturunda qeydə alınmış yeni rekord olub.

Maraqlıdır, Azərbaycanda ən isti may ayı nə vaxt müşahidə olunub və bu hal ölkəmizdə təkrarlana bilərmi?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, Azərbaycanda may ayında dəhşətli istilərin müşahidə olunması gözlənilmir.

“Son dövrlərdə dünyanın müxtəlif ölkələrində silahlardan istifadə edilməsi havaların qeyri-sabit keçməsində böyük rol oynayır. Hazırda mayın ortalarıdır, lakin hələ də bəzi rayonlarda dolu, dağlara da qar yağır. Türkiyədə isə anomal istilər müşahidə olunur. Lakin düşünmürəm ki, Türkiyədə qeydə alınan bu rekord istilər ölkəmizdə də müşahidə edilsin. Belə bir halın yaşanacağı gözlənilmir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova isə bildirib ki, sonuncu dəfə paytaxtda mayın ən yüksək temperaturu 2007-ci ildə müşahidə olunub:

“2007-ci ilin mayında Bakıda havanın maksimal temperaturu 35.5 dərəcə olub. Bu gün paytaxtda müşahidə edilən hava temperaturu isə yaxın 2-3 gün ərzində tədricən yüksələcək”.

Tarix
2020.05.19 / 09:13
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla