Yuxarı

Yardım alan bu şəxslərə səhvən SMS göndərilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, dövlət dəstəyi alan fərdi (mikro) sahibkarların bəzilərinə maliyyə yardımının bank hesabına təkrar köçürülməsi ilə bağlı bildiriş SMS-i göndərilib.

Axar.az xəbər verir ki, mesaj İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən göndərilib.

Bildirilib ki, vergi ödəyicisinə təkrar gəlmiş SMS-lə bağlı məsələ araşdırılacaq:

“Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi birdəfəlik ödəmələrdir. Əgər həmin fərdi sahibkar pandemiyanın təsirinə məruz qalan sahələr üzrə çalışırsa və muzdlu işçisi varsa, təbii ki, həmin muzdlu işçilərin əmək haqqına görə də müraciət hüququ vardır və bu halda muzdlu işçilərin əmək haqqına görə müraciəti təsdiq olunacağı halda, ona maliyyə dəstəyi 2 tranşla köçürülür. Lakin fərdi sahibkarlar üzrə maliyyə dəstəyi proqramından yalnız bir dəfə yararlana bilər”.

Tədbirlər Planına əsasən, sahibkarlara minimum 250 manat, maksimum 5 000 manat ödənilə bilər.

Tarix
2020.05.19 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla