Yuxarı

Akademik borcu olmayan tələbələrə şad xəbər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:22

Tələbinin imtahan sessiyasında bir və bir neçə fəndən kəsri yaranarsa, həmin tələbənin təkrar imtahan verməsi üçün şərait yaradılacaq.

Axar.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı ilə bağlı təşkil edilən video-konfransında deyib. O bildirib ki, əvvəllər növbəti semester başlayana qədər maksimum iki fəndən imtahanda iştirak etmək imkanı verilirdirsə, yeni qərara əsasən bu məhdudiyyət aradan qaldırılıb:

"İndi bir neçə fəndən akademik borcu olan tələbələrə ödənişsiz olaraq təkrar imtahan şansı veriləcək. Hətta 6 fəndən akademik borcu varsa, o, ödənişsiz şəkildə imtahan verə bilər. Əvvəl 25 faiz ödəniş edilməli idi. İndiki dəyişikliyə görə, bu məhdudiyyət aradan qaldırılıb, tələbənin neçə fəndən kəsiri varsa, imtahanda iştirak edəcək. Tələbənin əvvəlki kurslardan kəsiri qalıbsa, o, maksimum 2 fəndən imtahanda iştirak edə biləcək. Dəyişiklik cari imtahan sessiyasında akademik borcu yaranan tələbələrə aiddir".

O həmçinin bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq.

Tarix
2020.05.20 / 16:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla