Yuxarı

Sahibkarlara korona ilə bağlı çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibkarlara korona ilə bağlı çağırış

Ölkəmizin bütün vətəndaşlarına məlumdur ki, pandemiya dövründə dövlət tərəfindən görülən tədbirlərin qayəsində Azərbaycan əhalisinin sağlamlığının və rifahının qorunması dayanıb. Ölkə rəhbərliyi tərəfindən bütün qurumlara və sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini bu ali məqsədlərə xidmət edəcək şəkildə həyata keçirmələri tövsiyə olunub. Lakin son günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) 1003 Çağrı Mərkəzinə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olub ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol verib. Aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.

Agentlikdən Axar.az-a bildirilib ki, monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər və s., eləcə də 435,02 litr olan spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib.

Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilməkdədir. Ancaq bununla yanaşı, prosesdə iştirak edən bütün tərəflərin-sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.

Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək, koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Tarix
2020.05.20 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisdə tarix yazılır - Azərbaycan bunu edən ilk ölkədir

Dünya nəhəngləri Bakıya gəldi – Burada nə yaradırlar?

Vensin Bakıya səfərinə Rusiyadan baxış

ABŞ-ın İrəvana verdiyi PUA nəyə qadirdir?

Bayramov ABŞ nümayəndə heyətini qəbul etdi

ABŞ-dan azərbaycanlı fəalın həbsi ilə bağlı çağırış

Vens Bakıya gəlir: Böyük bir proses başlayır

Vensə Bakı ilə bağlı minlərlə məktub yazıldı: Nə istəyirlər?

ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi...

Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün cəlbedicidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla