Yuxarı

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 1-dən bu günə qədər ölkə ərazisində xüsusi karantin qaydasını 55 mindən çox yol hərəkət iştirakçısı pozub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Xəzər TV-yə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O, cərimələri ödəməyən şəxsləri hansı məsuliyyətin gözlədiyini də açıqlayıb. Bildirib ki, ölkədə xüsusi karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr istənilən halda ödənilməlidir. Əks halda, nəticə daha ağır ola bilər.

Qeyd edək ki, bu qaydanı pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci, yəni ''Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması'' maddəsi ilə 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar. Bəziləri ödəməyəcəyini, bəziləri isə cərimələrin silinəcəyini düşünürlər.

Kamran Əliyev buna da aydınlıq gətirib.

O deyib ki, cərimə olunan şəxs müəyyən olunmuş müddətdə cəriməni ödəmədiyi halda öncə onun aylıq əmək haqqına yönəldilir və əmək haqqından tutulur. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, həmin cərimə məbləği şəxsin işsizlik müavinətindən tutulur. Bunların heç biri olmadıqda isə cərimə edən orqan həmin şəxs barəsində ərazi məhkəmə orqanına müraciət edir və ölkədən çıxışına qadağa qoyulmasını istəyir. Qanunverici orqan da həmin müraciəti təmin edir, şəxsin ölkədən çıxışına qadağa qoyur.

Tarix
2020.05.21 / 00:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla