Yuxarı

Oğuzda itkin düşmüş şəxsi ayı parçalayıb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda itkin düşmüş şəxsi ayı parçalayıb? - Rəsmi

09:12

Oğuz rayonu Xaçmaz kəndinin sakini 14 yaşlı Məmmədli Cəbrayıl Vüsal oğlunun parçalanmış meyiti tapılıb.

Axar.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, arxa su qoymaq üçün evlərindən çıxan gənc itkin düşüb. Bir müddət sonra isə velosiped və köynəyi yaxınlıqdakı ərazidən tapılıb.

Bu gün azyaşlının parçalanmış meyiti aşkarlanıb. Ehtimal olunur ki, onu ayı parçalayıb.

Araşdırma aparılır.

***

Oğuzun Xaçmaz kəndində meyiti tapılan 14 yaşlı oğlanın ölümü ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.

Kənd sakinlərinin məlumatına görə, oğlanı ayı parçalamayıb. Ehtimal olunur ki, oğlan arxa su qoymağa gedərkən başqa bir cavan oğlan tərəfindən zorakılığa məruz qalıb.

Ehtimal olunur ki, bundan sonra əməlinin yayılacağından ehtiyat edən gənc 12 yaşlı oğlanı öldürüb və yaxınlıqdakı çaya atıb.

Bildirilir ki, artıq şübhəli şəxs tutularaq istintaqa cəlb olunub.

Meyit ekspertizaya verilib.

***

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 km aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.

Bu barədə Oğuz rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsi məlumat yayıb.

Birgə məlumatında bildirilib ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2020.05.22 / 18:41
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla