Yuxarı

Bu istiqamətdə 12 metrlik avtobuslar xidmət göstərəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu istiqamətdə 12 metrlik avtobuslar xidmət göstərəcək

Sabahdan 30 nömrəli marşrut xətti üzrə sərnişindaşımada ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verən 12 metrlik avtobuslar xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, Transkontrol MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” m/st-Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində Transkontrol MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq, xətt üzrə sərnişindaşımaları BakıBus MMC-yə həvalə olunub.

Sabahdan şikayət daxil olan 30 nömrəli xətt üzrə hərəkət edən marşrutlar ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verən 12 metrlik avtobuslarla əvəz ediləcək.

Tarix
2020.05.22 / 10:59
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla