Yuxarı

“Avrohom” yanğını: ziyanı kim ödəməlidir? - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avrohom” yanğını: ziyanı kim ödəməlidir? - Deputat

Bir müddət əvvəl də “Diqlas” Ticarət Mərkəzi yanmışdı və Prezident İlham Əliyev sahibkarların düşdüyü vəziyyəti nəzərə alaraq, zərərçəkənlərə dövlət tərəfindən yardım göstərilməsini tapşırdı. Ancaq hər bir obyekt sahibi bilməlidir ki, müəssisəni sığorta etdirmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov “Avrohom” (EuroHome) ticarət mərkəzinin yanması və sahibkarların üzləşdiyi çətinliklə bağlı “Yeni Müsavat”a danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycanda kifayət qədər sığorta şirkəti var və obyektlər sığorta olunmalıdır:

“Bir yandan pandemiya dövrünün problemləri meydana gəlib, bir yandan neftin dünya bazarında qiyməti kəskin ucuzlaşıb. Belə bir şəraitdə dövlətin “Avrohom” ticarətçilərinin məsələsini üzərinə götürməsi çətindir. Obyekt sahibi özü fikirləşməlidir ki, camaatın pulunu ödəsin. Başa düşürəm ki, insanlar çətin vəziyyətlə üzləşib, iş qurublar, indi əmlakları yanıb. Amma obyekt sahibi bilməlidir ki, sahibkarları dövlətlə üz-üzə qoymaq olmaz. Vaxtında obyekt tikmisən, pul qazanmısan - sığorta eləməlisən və indi həmin adamlara kömək göstərməlisən”.

Tarix
2020.05.22 / 12:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla