Yuxarı

Bayram günlərində məhdudiyyətlər olacaq? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram günlərində məhdudiyyətlər olacaq? - Rəsmi

Vətəndaşlar bayram günlərində müəyyən olunmuş qaydalara riayət etsələr, biz daha müsbət nəticələr əldə edə bilərik.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, qapalı məkanlarda maskadan istifadə məcburidir:

"Açıq havada sıxlıq varsa, maskadan istifadə olunmalıdır. Bayram günlərində qonaq getməməli, şəxsi sağlamlığımızı qorumalıyıq. Nəzərə alaq ki, bəzi ölkələrdə karantin qaydalarında sərtləşdirmə var və biz bu təcrübəni yaşamaq istəmirik".

O əlavə edib ki, bayram günlərində hərəkətdə məhdudiyyətlər olmayacaq:

"Lakin statistik göstəricilər dəyişərsə, biz qadağalar tətbiq edə bilərik. Bayram günlərində bir çox qonşu ölkədən fərqli olaraq, küçəyə çıxmaq qadağasının qoyulmaması bayramı daha gözəl keçirməyimizə şərait yaradır. Bu günlərdə qohumlarımızı ziyarət etməməyi və kütləvi süfrələrdən qaçmağı tövsiyə edirik" .

Ramin Bayramlı deyib ki, qaydalara riayət etməyən qurumlar inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar:

"Vətəndaşlarımız üçün dünya təcrübəsinə uyğun olaraq "E-TƏBİB" mobil tətbiqi hazırlanıb. Bununla mövcud statistikanı əldə edə bilərlər. Biz bütün bu göstəricilərə ötən həftə görülən işlər nəticəsində nail olmuşuq. Biz bayram günlərində sərt qaydalar tətbiq etmədik, lakin vətəndaşlarımızdan qaydalara əməl etmələrini tələb edirik".

Tarix
2020.05.22 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla