Yuxarı

Bayram günündə faciə: Nişanlanacaq oğlan öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram günündə faciə: Nişanlanacaq oğlan öldü

Bu gün Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Ans press-in verdiyi məlumata görə, bu gün saat 11 radələrində Xudat-Nabran yolunda "Mercedes" markalı 40 BL 270 nömrə nişanlı avtomobil sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtomobil yol kənarındakı avtoyuma məntəqəsinə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü İlqar Əli oğlu Əliyev hadisə yerində ölüb. Onun sərnişini 2000-ci il təvəllüdlü Fatimə Kamran qızı Yahyayeva ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Hafiz Əliyevin verdiyi məlumata görə, avtomobilin sürücü İlqar Əliyevin sabah nişanı olacaqdı. Onun yanındakı sərnişin isə onun nişanlısı olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2015.03.20 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla