Yuxarı

Bu sayı keçsək, problem yaşana bilər - TƏBİB

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sayı keçsək, problem yaşana bilər - TƏBİB

Hazırda karantin müəssisələrində 1139 nəfərin müayinəsi davam etdirilir. Onlar arasında həm hava yolları ilə, həm də Rusiyadan gələn vətəndaşlarımız yer alır.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Karantin müəssisələrində saxlanmaya sadə prosedur kimi baxılmamalıdır. O müəssisələrdəki sanitar-gigiyenik tədbirlərin aparılması üçün həkim və tibb bacıları göndərilir. Bu heyət digər xəstəxanalarımızdan oraya göndərilir və onların iş yükü artır. Bu və digər faktorlar bizə göstərir ki, bu sayı keçsək, problemlər yaşana bilər".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, vətəndaşların gətirilməsi karantin zonalarının fiziki imkanlarından asılıdır:

"Yaxın zamanda Rusiyadan vətəndaşlarımızın gətirilməsi gözlənilir. Vətəndaşlarımızın təhlükəsizliyi üçün onların "Evə gedirəm" portalında qeydiyyatdan keçməsi vacibdir".

İbrahim Məmmədov bildirib ki, sərhədlərin açılması üçün xüsusi proqram hazırlanır:

"Bu proqramda hansı ölkələrdən uçuşların hansı qrafikdə olunacağı göstəriləcək. Hazırlanma prosesinin iyunun 15-dək uzanacağı gözlənilir. Bu axşam İstanbuldan ölkəmizə vətəndaşlar gətiriləcək".

İ.Məmmədov qeyd edib ki, İranın vitse-prezidenti və ölkəmizin baş naziri arasında telefon bağlantısı yaradılıb və 120 vətəndaşımızın ölkəyə gətirilməsi təmin olunub.

Tarix
2020.05.22 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla