Yuxarı

Xəzərdə dalğanın hündürlüyü 5 metrə yaxınlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:39

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 16:00-a olan məlumatına əsasən, respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Xidmətdən Axar.az-a bildiriblər ki, küləyin maksimal sürəti Naftalanda 32, Gəncədə 28, Tovuz, Tərtərdə 25, Xaçmaz, Ağstafada və Bakıda 20, Yardımlıda 16 metr/saniyə olub.

***

Saat 19:00-a olan məlumata əsasən, Daşkəsən, Zaqatala, Quba və Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Zərdabda 18 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Qum adasında 25 m/s, Binədə 23 m/s, Ələtdə 22 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

***

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 21:30-a olan məlumatına əsasən Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir və Şəkidə yağış yağıb.

Xidmətdən bildiriblər ki, şimal-qərb küləyinin sürəti Neftçalada saniyədə 35, Naftalanda 32, Gəncədə 28, Tovuz, Ağstafa, Tərtərdə 25, Yevlaxda 23, Ağdam, Xaçmazda 20 metrə çatıb.

Həmçinin külək Maştağada 38, Bakıda 30, Neft Daşlarında 29, Pirallahı, Qum adasında 25, Sumqayıt, Ələtdə 24, Binədə 23, Zabratda 20 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.3 metrə çatıb.

Tarix
2020.05.23 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla