Yuxarı

Ramiz Mehdiyevin ən son fotosu: Təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın vitse-prezidenti, akademik İradə Hüseynovanı anadan olmasının 55 illiyi münasibətilə təbrik edib.

Kult.az xəbər verir ki, AMEA rəhbəri tanınmış alimin Azərbaycanda molekulyar biologiya və botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, akademik İradə Hüseynova Biologiya və Tibb Elmləri Bölməsinə, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna rəhbərlik etdiyi müddətdə bölməyə daxil olan elmi-tədqiqqat institutlarının fəaliyyətinin genişləndirilməsi və beynəlxalq aləmə inteqrasiyası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Daha sonra AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev çıxış edərək görkəmli alim İradə Hüseynovanın fotosintezin biokimyası, biofizika və molekulyar biologiya sahəsində yüksəkixtisaslı mütəxəssis olduğunu söyləyib, onun elmi nəticələrinin dünyanın nüfuzlu nəşrlərində işıq üzü gördüyünü bildiriblər.

Akademik İradə Hüseynova AMEA rəhbərliyinə dərin minnətdarlığını ifadə edərək, həyatının bundan sonrakı mərhələlərində də Azərbaycan elminin inkişafı yolunda fəaliyyətini daha da genişləndirəcəyini vurğulayıb.

Sonda akademik İradə Hüseynovaya AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı təqdim olunub.

Tarix
2020.05.25 / 00:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla