Yuxarı

Biləsuvarda narkotacirlər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləsuvarda narkotacirlər tutuldu

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 1 kq-dan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev sonuncunun idarə etdiyi “Mersedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kq 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Tarix
2020.05.25 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla