Yuxarı

Azərbaycanla bağlı polyak dilində məqalələr yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bağlı polyak dilində məqalələr yaradılır

Polşada Azərbaycan Diaspor Təşkilatının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının onlayn “Vikipediya” təlimlərində iştirak edib.

Axar.az xəbər verir ki, Polşada Azərbaycan Diaspor Təşkilatının sədri Fərid Cəfərli Azərtac-a bildirib ki, “Vikipediya”da polyak dilində məqalələrin yaradılması zərurətə çevrilib.

“Fəridə Əliyeva bizim intellektual, vətənpərvər üzvlərimizdəndir. Onun kimi gənclərimizin sayəsində “Vikipediya”nın polyak dil bölməsində Azərbaycanla bağlı məqalələrin zənginləşdiriləcəyinə inanıram. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə təşəkkür edirəm ki, onlayn təlimlərin keçirilməsinə imkan yaradırlar. Əsas məqsədimiz Azərbaycan informasiya təbliğatına töhfə verməkdir”, - deyə Fərid Cəfərli qeyd edib.

Mərkəzi Elmi Kitabxananın təlimçisi Fehruz Rzayevin Fəridə Əliyevanın onlayn “Vikipediya” təlimlərinə böyük marağının olduğunu vurğulayıb.

Tarix
2020.05.25 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla