Yuxarı

Millət vəkili xahiş etdi, SOCAR hədiyyə göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə SOCAR şirkəti tərəfindən Tovuz rayonunda 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı sovqatı verilib.

Axar.az xəbər verir ki, sözügedən ailələrə bayram sovqatı ilə yanaşı, Qənirə Paşayeva tərəfindən koronavirusla mübarizə istiqamətində gigiyenik-qoruyucu vasitələr də hədiyyə edilib.

Qənirə Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyevlə və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyevlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Millət vəkili Tovuza səfəri zamanı, həmçinin, rayon məscidini də ziyarət edib, Qafqaz Müsəlmanları İdarəsinin Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tovuz rayonu Dini İcmasının sədri Nəriman İbayev ilə görüşüb və Ramazan bayramı münasibətilə təbrik edib. Gənclərimizin dinimizi doğru şəkildə öyrənməsi, din pərdəsi arxasında öz niyyətlərini həyata keçirmək istəyən xarici güclərin təsir dairəsinə düşməməsi, dini maarifləndirmənin gənclərimiz arasında vacibliyi ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva rayon məscidinə bir çox kitab, material hədiyyə edib və bəzi aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə sovqat təqdim edilib.

Tarix
2020.05.26 / 13:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla