Yuxarı

Vüqar Bayramovun seçicilərlə ilk görüşü... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Bayramovun seçicilərlə ilk görüşü... – Foto

Millət vəkili Vüqar Bayramov seçicilərlə ilk görüşünü 23-24 may tarixlərində Füzuli rayonunun Horadiz şəhərində yenicə açılmış deputat ofisində gerçəkləşdirib.

Axar.az xəbər verir ki, karantin rejiminin tələblərinə uyğun olaraq seçicilərin fərdi qəbulu Füzuli Rayon İcra Hakimiyyətinin, eləcə də yerli dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

2 gün davam edən qəbulda 100 nəfərdən çox seçicinin müraciəti dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, bəziləri isə əlavə araşdırma tələb etdiyindən deputat sorğularının göndərilməsi üçün müvafiq sənədlərin və məlumatların toplanılmasına qərar verilib.

Karantin rejimi bitdikdən sonra kütləvi görüşlərin davamlı olacağını dilə gətirən Vüqar Bayramov seçicilərin dinlənilməsi və müraciətlərin operativ şəkildə qeydə alınması prosesində yenicə fəaliyyətə başlayan deputat ofisinin önəmini xüsusi qeyd edib:

“Füzuli rayonunda yeni ofisimizin yaradılmasında məqsəd seçicilərlə daha sıx ünsiyyətdə olmaq və çətinlikləri öyrənməkdir. Rəsmi müraciətlərin qeydə alınıb araşdırılması ilə yanaşı, hər ay Füzuli rayonunda canlı görüş və qəbulların keçirilməsi ənənəyə çevriləcək”.

Tarix
2020.05.26 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla