Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 İyul 2020


"Azercell" ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin iyun ayında yeni brend kimliyini təqdim edən və fəaliyyətinin yeni dövrünə qədəm qoyan Azercell Telekom MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq, innovativ və rəqəmsal həllərlə həyatlarını asanlaşdırmaq istiqamətində təşəbbüslərini davam etdirir. Məhz bu səylərin nəticəsi olaraq ölkə əhalisinin əksəriyyəti tərəfindən seçilən "Azercell"in abunəçi sayı artıq 5 milyonu keçdi!

Axar.az xəbər verir ki, "Azercell" şirkətinin 5 milyonuncu abunəçisi Sabirabad rayon sakini Elvin Mirzəyev oldu. Ölkənin lider mobil operatoru "Azercell" ailəsinin 5 milyonuncu üzvünü xüsusi hədiyyələrlə qarşıladı. Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan "Azercell" yeni müştərisinə müasir dizayna, güclü prosessor və kameraya malik yeni “iPhone SE” smartfonu və “Sərbəst75” tarifinə 1 illik pulsuz abunəlik hədiyyə etdi.

Şirkət üçün bu tarixi hadisənin pandemiya dövründə baş verməsi də təsadüfi deyil. Dünyanı bürüyən qlobal gərginlik zamanı xalqın yanında olan lider mobil operatorun məhz indi 5 milyonuncu müştərisini qarşılamağı, onun düzgün müştəriyönümlü siyasət həyat keçirdiyini və abunəçilərin etibarını qazanmağa müvəffəq olduğunu növbəti dəfə sübut etdi. Bu çətin müddət ərzində müştərilərinə gücləndirilmiş iş rejimində xidmət etməklə yanaşı, "Azercell" şirkəti, həmçinin ölkədə iqtisadi sabitliyin qorunması və sosial rifahin yüksəldiməsinə yönəlmiş bir sıra layihələrə imza atdı. Şirkət öz müştəriləri ilə digər operatorların abunəçiləri arasında fərq qoymadan pandemiyanın ilk günlərindən etibarən həm mobil xidmətlərə aid müxtəlif dəstək aksiyaları həyata keçirdi, həm də ölkəmizdə həssas kateqoriyaya aid olan on mindən çox aztəminatlı ailəyə ərzaq yardımı payladı.

Abunəçilərinin etibarını yüksək qiymətləndirən Azercell Telekom MMC bundan sonra da işgüzar fəaliyyətini şəffaflıq prinsipləri üzərində quraraq kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiqi, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan edilməsi istiqamətində çalışacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.05.27 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanın təxribatının pərdəarxası - Ramaldanov açıqladı

Tovuz şəhidlərini ayaqda və alqışlarla uğurladı - Video

Qərbi Azərbaycanda korona ilə bağlı son durum

Rusiyanın 22 həkimi Azərbaycana gəldi

Vətəndaşlarımız Rusiyadan Bakıya gətirildi

Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı

Deputat cəbhədən yazdı: Əmin olun ki, düşmən...

"Dərs vaxtı"nın növbəti cədvəli açıqlandı

Füzuli Ələkbərova ağır itki: anası və yoldaşı...

Tovuzda artilleriya hücumu: Ordumuz döyüşə belə girdi – Audio

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla