Yuxarı

Daha 205 nəfər Bakıya gətirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 205 nəfər Bakıya gətirildi - Foto

2020.05.27 - 19:25

Bu gün milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

***

Azərbaycan Prezidentinin tapşırığına və Xarici İşlər Nazirliyinin təlimatına əsasən, vətəndaşlarımızın dünyada yayılan koronavirusa yoluxmasından mümkün qorunması məqsədilə ölkəmizin Gürcüstandakı səfirliyi mütəmadi olaraq onların təxliyəsini həyata keçirir.

Mayın 27-də daha 30 vətəndaşımızın “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən Azərbaycana qayıdışı təmin olunub. Onlardan 17 nəfəri Hindistanın müxtəlif şəhərlərindən gələn, 13 nəfər isə Gürcüstan ərazisində sağlıq durumu, təhsil və digər məsələlər ilə əlaqədar qalmış vətəndaşlarımızdır.

Hindistandan gələn vətəndaşlarımız Gürcüstan ərazisində qalmadan, səfirliyin təşkil etdiyi avtobuslarla birbaşa sərhədə gətirilib. Oradan isə onların Azərbaycana təxliyəsi təmin edilib.

Tarix
2020.05.28 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla