Yuxarı

Polis iki rayonda əməliyyat keçirdi: tutulanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik bitkilər becərən Ağdaş və Göyçay sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Ağdaş və Göyçay rayon polis şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.

Belə ki, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri- əvvəllər məhkum olunmuş, 39 yaşlı Elmir Hüseynov və 33 yaşlı Gündüz Bayramov saxlanılıb. Həmin şəxslərin rayonun Yuxarı Ləki kəndi ərazisində böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri 38 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Göyçay rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəhər sakini Zaur Bağırov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 22 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Tarix
2020.05.28 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla