Yuxarı

MN Respublika Günü münasibətilə videoçarx hazırladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN Respublika Günü münasibətilə videoçarx hazırladı

Müdafiə Nazirliyi 28 May - Respublika Günü münasibətilə videoçarx hazırlayıb.

Axar.az xəbər verir ki, videoda 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən bəhs olunur.

Nazirlik, eyni zamanda, Cahangir Qurbanovun ifasında "Bayraq" mahnısına çəkilən klipi də yayımlayıb.

Bundan başqa, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin genişmiqyaslı əməliyyat-taktiki təlimlər ərəfəsində təqdim etdiyi “Qələbəyə gedən yollar” videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilib.

Mərkəz 28 May – Respublika Günü münasibəti ilə “Zəfər marşı” adlı yeni layihəni təqdim edib. Marşın sözləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə, musiqisi bəstəkar Azad Zahidə, ifası isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, Prezident mükafatçısı mayor Cahangir Qurbanova aiddir.

Tarix
2020.05.28 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla