Yuxarı

Deputat xahiş etdi, 2 mindən çox maska göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat xahiş etdi, 2 mindən çox maska göndərildi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, bir sıra məktəblərin kollektivləri, kənd icra qurumlarının çalışanları, fiziki imkanları məhdud şəxslər, Tovuz Gənclər Evinin könüllüləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib.

Axar.az xəbər verir ki, maskalar Q.Paşayevanın xahiş və çağırışına əsasən “Bakı Tesktil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə hədiyyə edilib.

Xalqımızın sağlamlığı, rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməyin zəruriliyini vurğulayan Q.Paşayeva Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyasını yüksək qiymətləndirib.

Millət vəkili Q.Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün evdən çıxan zaman maska taxmağa, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə əməl etməyə çağırıb.

Tarix
2020.05.29 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla