Yuxarı

Kafe və restoranlarda bu qadağandır - Qərargah

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kafe və restoranlarda bu qadağandır - Qərargah

Yoluxanların sayı sağalanların sayından çox olsa da, biz beynəlxalq təcrübəyə əsasən məhdudiyyətləri aradan qaldırmağa məcburuq.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"İctimai iaşə obyektlərində müştərilər məkana maska ilə daxil olmalıdırlar. Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır", - o bildirib.

Ramin Bayramlı qeyd edib ki, sərnişinlər avtobus daxilində məsafəni qorumaqla yanaşı, mütləq şəkildə maskadan istifadə etməlidirlər: "Eyni zamanda, taksidə müştərilər yalnız arxada əyləşə bilər. Ödəniş isə nağdsiz şəkildə həyata keçirilməlidir. Həmçinin, hava uçuşlarında sərnişin sayında məhdudiyyətlər tətbiq oluna bilər".

Qurum rəsmisinin sözlərinə görə, aparılan müşahidələr əksər mağazalarda və marketlərdə qaydalara əməl olunmadığını göstərir:

"Bu müəssisələrdə qaydaların tətbiqi xüsusi nəzarətə götürüləcək. Eyni zamanda, kənd təsərrüfatı bazarına daxil olarkən maska və məsafənin gözlənilməsi vacibdir".

Ramin Bayramlı əlavə edib ki, mollara daxil olarkən maskanın istifadəsi məcburidir: "Məkana daxil olduqdan sonra maskalardan düzgün istifadə olunmalıdır".

Tarix
2020.05.29 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla